Litva XİN: Litva Azərbaycanın regional sülh və təhlükəsizlik səylərini yüksək qiymətləndirir | 1news.az | Xəbərlər
Siyasət

Litva XİN: Litva Azərbaycanın regional sülh və təhlükəsizlik səylərini yüksək qiymətləndirir

Ayşən Salehli13:57 - Bu gün
Litva XİN: Litva Azərbaycanın regional sülh və təhlükəsizlik səylərini yüksək qiymətləndirir

"​Regional sülh və təhlükəsizlik məsələsinə gəlincə, Litva sizin konstruktiv rolunuzu, sülh yolundakı səylərinizi və qətiyyətinizi yüksək qiymətləndirir".

1news.az xəbər verir ki, bu fikirləri Litva Respublikasının xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

"Prosesləri, o cümlədən Ermənistandan gələn son açıqlamaları izləyirik və bunun sazişin yekun imzalanması ilə nəticələnəcəyinə ümid edirik. Bu, görüşümüzdə qeyd etdiyiniz nəqliyyat və enerji kimi müxtəlif layihələrin icrası üçün daha əlverişli şərait yaradacaq, çünki biz Cənubi Qafqazda sabitliyin və sıx tərəfdaşlığın olmasında maraqlıyıq.
​Əlbəttə ki, Litva tərəfi bu işə töhfə verməkdə, bütün bölgələrinizdə rifahın qurulmasında maraqlıdır və son vaxtlar Ukrayna ilə minatəmizləmə sahəsindəki işimizdən əldə etdiyimiz təcrübəni bölüşməyə hazırdır. Bütün bunlarla yanaşı, Qarabağın dinc və firavan gələcəyinə də öz töhfəmizi verməyə hazırıq".

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər