Bir qrup KİV nümayəndəsi təmas xəttində olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bir qrup KİV nümayəndəsi təmas xəttində olub - FOTO

13:04 - 20 / 11 / 2016
Bir qrup KİV nümayəndəsi təmas xəttində olub - FOTO

Noyabrın 19-da Azərbaycan Mətbuat Şurasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə “Hərbi-vətənpərvərlik mövzusunun mediada işıqlandırılması xüsusiyyətlərimövzusunda konfrans keçirilib.

1news.az Mətbuat Şurasına istinadən xəbər verir ki, toplantını giriş sözü Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq rəhbərlik etdiyi rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə məlumat verib.

M.Məmmədov bu ilin aprel ayının 1-dən 5-dək olan dövrdə cəbhə xəttində yaranmış gərginliyin rayona təsirini əks etdirən məqamlardan söz açıb. O bildirib ki, həmin müddətdə Tərtərin hər bir sakini yüksək əzmlə cəbhəyə dəstəyini göstərdi, bir an belə emosiyaya qapılmadı, təşvişə düşmədi.

M.Məmmədov qeyd edib ki, müasir texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə informasiya son dərəcə müstəsna əhəmiyyət daşımaqdadır.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bu ilin aprelində cəbhə xəttində gərginliyin yarandığı dövrdə Tərtərin də hadisələrin episentrində dayandığını vurğulayıb. Deputat həmin müddətdə rayon rəhbərliyi ilə müntəzəm əlaqədə olduğunu və bölgədəki ruh yüksəkliyindən fəxarət hissi keçirdiyini diqqətə çatdırıb:

“Azərbaycan mediası da “aprel müharibəsi” zamanı kifayət qədər ardıcıl və peşəkar fəaliyyət göstərdi. Medianın təqdim etdiyi materiallar cəmiyyətdə böyük ruh yüksəkliyi yaratdı. Əlbəttə, mövcud sahədə müəyyən nöqsanlar da qeydə alındı. Bununla belə kütləvi informasiya vasitələrinin işini yüksək qiymətləndirmək olar”.

Bundan sonra hərbi-vətənpərvərlik mövzusunun təqdimatında fərqlənmiş və Tərtər rayonu ilə bağlı ən yaxşı materialları təqdim etmiş 8 KİV – “525-ci qəzet”, “Azərbaycan”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Respublika”, “Bakı xəbər” və “Xalq cəbhəsi” qəzetləri “Qarabağ” mükafatına layiq görülüb.

Qeyd edək ki, konfransda iştirak edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri və KİV rəhbərləri cəbhənin Tərtər rayonunun Talış kəndi istiqamətindəki təmas xəttinə baş çəkərək əsgərlərimizlə görüşüblər.

1news.az

 

Paylaş:
601

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər