Türk nazir erməni millət vəkilinə: “Yazıqlar olsun!” | 1news.az | Xəbərlər
Siyasət

Türk nazir erməni millət vəkilinə: “Yazıqlar olsun!”

13:25 - 20 / 11 / 2016
Türk nazir erməni millət vəkilinə: “Yazıqlar olsun!”

Sualınızın bu iclasa heç bir dəxli yoxdur, rədd edirəm”.

1news.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü NATO  Parlamentar Assambleyasının İstanbulda keçirilən 62-ci sessiyasında PA-nın Ermənistandan olan üzvü Mikayel Melkumyanın sualına cavab verməyi rədd edib.

Nazir Özlünün sessiyada Türkiyənin NATO ilə  sənaye və texnologiya sahəsindəki çıxışından sonra ona “Soyqırım”ı qəbul etməyi düşünürsünüzmü? Azərbaycan aprelin əvvəlində əməliyyatlara başladı, bizim çox böyük itkilərimiz və zərərimiz var. Sizin iqtisadiyyatınız böhran vəziyyətində olduğu halda DAEŞ-ə niyə dəstək verirsiniz?” suallarını əvvəlcə iclasın sədri mövzu ilə əlaqəsi olmadığına görə rədd edib.

Daha sonra söz alan elm, sənaye və texnologiya naziri Faruk Özlü isə erməni millət vəkilinə belə cavabı verib:

“Biz burada elm, sənaye və texnologiya barədə danışırıq. Sizin sualınızın bu məsələlərlə heç bir əlaqəsi olmadığına görə, cavab verməyi rədd ediriəm. “Soyqırım” böyük bir yalandır, bu məsələni burada qaldırmağınız qətiyyən yersizdir. Yazıqlar olsun”.

Nazir Özlüdən sonra söz alan AKP Rizə millət vəkili Osman Aşkın Bak isə erməni millət vəkilini tənqid edərək deyib:

“Siz hər iclasda bu məsələlər barədə danışırsınız. Elə isə burada söhbət sənaye və texnologiyadan gedir. Suallarınız tamamilə yersiz olduğu kimi, bizi kiməsə dəstək verməkdə günahlandırmaqda  da haqsızsınız. Biz indiyə qədər 3500 DAEŞ üzvü öldürmüşük, bəs terrora qarşı siz nə iş görmüşünüz?”

Nazir Faruk Özlü və AKP millət vəkili Bakın sözlərindən sonra iclasın sədri başqa iştirakçılara söz verərək onları müzakirə olan məsələlər barədə danışmağa və sual verməyə dəvət edib.

1news.az

Paylaş:
586

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər