Rusiya mətbuatı: İŞİD lideri öldürüldü | 1news.az | Xəbərlər
Dünya

Rusiya mətbuatı: İŞİD lideri öldürüldü

16:34 - 16 / 06 / 2017
Rusiya mətbuatı: İŞİD lideri öldürüldü

Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin öldürüldüyü barədə məlumatı yoxlayır.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Əbu-Bəkr əl-Bağdadinin mayın 28-də Rəqqanın cənubunda raket zərbələri zamanı öldürüldüyü iddia edilir.

Hava zərbələri nəticəsində İŞİD-in “Hərbi Şurasına” daxil olan şəxslər, o cümlədən 330-a yaxın terrorçu öldürülüb.

Öldürülənlər arasında Rəqqa “əmiri” Əbu əl-Həci əl-Misri, Rəqqadan Əc-Sühnayədək əraziyə nəzarət edən İbrahim Ən-Nəef əl-Həcc və İŞİD-in “təhlükəsizlik xidmətinin başçısı” Süleyman Əl-Şauah var.

Qeyd edək ki, Bağdadinin dəfələrlə ölüm xəbəri yayılsa da, bu məlumatlar öz təsdiqini tapmayıb.

Babək Cahandarov

Paylaş:
974

Son xəbərlər

Bütün xəbərlər