Misirdə 31 nəfər ölüm cəzasına məhkum edilib | 1news.az | Xəbərlər
Dünya

Misirdə 31 nəfər ölüm cəzasına məhkum edilib

15:11 - 17 / 06 / 2017
Misirdə 31 nəfər ölüm cəzasına məhkum edilib

Misirdə məhkəmə 31 nəfəri ölüm cəzasına məhkum edib.

1news.az-ın məlumatına görə, onlar 2015-ci ildə Misir baş prokurorunun ölümündə təqsirli biliniblər.

Misir qanunvericiliyinə əsasən, yekun ölüm hökmünü müfti verməlidir. Onun qərarı iyulun 22-də verəcəyi gözlənilir.

Qeyd edək ki, baş prokuror Hişam Bərəkət 2015-ci ilin iyununda Qahirədə xidməti avtomobilində törədilmiş partlayış nəticəsində həlak olmuşdu.

1news.az

 

Paylaş:
744

Son xəbərlər

Bütün xəbərlər