ABŞ-də qızılca həyəcanı: Ölənlərin sayı 9-a çatıb | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də qızılca həyəcanı: Ölənlərin sayı 9-a çatıb

Oksana Orucova14:19 - Bu gün
ABŞ-də qızılca həyəcanı: Ölənlərin sayı 9-a çatıb

ABŞ-də son illərin ən genişmiqyaslı qızılca epidemiyası davam edir. Bu il ölkə üzrə xəstəlik səbəbindən 9 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqladığı məlumatlara görə, noyabrın 24-nə olan vəziyyətə əsasən, ölkənin 47 müxtəlif bölgəsində ümumilikdə 6 039 qızılca yoluxması qeydə alınıb. Yoluxanların 18-i beynəlxalq səfər edən şəxslər olub.

Məlumata əsasən, xəstələrin 671-i, yəni ümumi yoluxma hallarının 11 faizi xəstəxanaya yerləşdirilib. Beş yaşdan kiçik uşaqlar arasında isə xəstəxanaya yerləşdirilmə göstəricisi 17 faiz təşkil edib.

Epidemiyadan ən çox zərər çəkən ştat Pensilvaniya olub. Ştatda 1 679 qızılca yoluxması qeydə alınıb. Onlardan 87-si son yeddi gün ərzində aşkarlanıb. Ümumilikdə 340 nəfər xəstəxanaya yerləşdirilib.

ABŞ-də qızılca hallarının son 35 ilin ən yüksək səviyyəsinə çatdığı bildirilir. Xəstəlik nəticəsində indiyədək 9 nəfər ölüb.

Mütəxəssislər yoluxma hallarının artmasının əsas səbəbinin peyvənd olunmamış şəxslər olduğunu bildirirlər.

Qeyd edək ki, ABŞ bu ay 26 ildən sonra ilk dəfə qızılcanın tamamilə aradan qaldırıldığı ölkə statusunu itirib.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər