Bakının əsas yollarında sürət həddi

Yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
1news.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd edək ki, yağışlı hava ilə əlaqədar olaraq paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilmişdi.
1news.az
Bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə atılmışdı.
630