Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb

20:21 - 18 / 06 / 2017
Yəməndə hava zərbələri nəticəsində 24 nəfər ölüb

Yəmənin şimalında hava zərbələri nəticəsində azı 24 nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

1news.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Saba agentliyi xəbər verir.

Agentliyin məlumatına görə, zərbə Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası Yəmənin şimalındakı Saad əyalətində endirilib.

Qeyd olunur ki, zərbə Əl-Maşnak bazarına endirilib və bu zaman orada dinc sakinlər olub.

1news.az

Paylaş:
864

Son xəbərlər

Bütün xəbərlər