Çaylarda sululuq səviyyəsi açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq səviyyəsi açıqlandı

12:46 - 18 / 06 / 2017
Çaylarda sululuq səviyyəsi açıqlandı

Respublikanın çaylarında sululuq səviyyəsinə görə vəziyyət açıqlanıb.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 20-60, Lənkəran-Astara bölgəsi və Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 31 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 375 m3/s olmaqla ongünlük normanın 64 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 420 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 124 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 232 m3/s təşkil edərək ongünlük normanın 37 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 22, Salyanda 25, Bankədə 15, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 400 sm (2016-cı il iyunun 16-da 405 sm), Şirvanda 269 sm, Salyanda 162 sm (2016-cı il iyunun 16-da 190 sm), Bankədə 196 sm (2016-cı il iyunun 16-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2016-cı il iyunun 16-da 115 sm) təşkil edir.

1news.az

 

 

Paylaş:
683

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər