Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq

15:45 - 19 / 06 / 2017
Dənizkənarı Milli Parka giriş iyunun 20-dən 26-dək bağlı olacaq

Bakıda keçiriləcək "Formula 1” yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – “köhnə bulvar” olan hissəsi bağlanacaq.

Onun sözlərinə görə, bu il də keçən il olduğu kimi Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində "Azneft meydanı"ndan Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq: “Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlar bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər".

N.Məcidov vurğulayıb ki, bulvarın digər hissələri - “Ağ şəhər bulvarı”, “Bayıl bulvarı” və parkın “Yeni bulvar” adlanan hissəsi 24 saat şəhər sakinlərinin və qonaqların üzünə açıqdır. Onun sözlərinə görə, bulvarın həmin hissələrində müəyyən əyləncə və istirahət yerləri olsa da “köhnə bulvar” hissəsinə nisbətən azdır: “Bu qadağalar keçən il də olub. Yəqin ki, şəhər sakinlərinin müəyyən məlumatı var. Çünki ilk dəfə deyil belə qadağa tətbiq olunur. Bu da "Formula 1" yarışlarının qaydalarına əsasən, həyata keçirilir. Yarışların keçirildiyi günlərdə bulvarda çalışan əməkdaşlar üçün xüsusi buraxılış verilib. Parkın ərazisi gündə bir neçə dəfə təmizlənməlidir, bundan başqa, orada müəyyən kommunal xidmətlərlə məşğul olanlar, ağaclara, güllərə kollara qulluq edənlər var. Ona görə də bulvar işçilərinə də "Formula 1" təşkilatçılarıı tərəfindən xüsusi buraxılışlar verilib və onlar həmin müddətdə işləri ilə məşğul olacaqlar". 

Bakı Şəhər Halqasının (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai isə APA-ya bildirib ki, bulvar ərazisi “Formula 1”in əyləncə zonası olduğu üçün iyunun 20-dən 26-dək bağlı olacaq.

Onun sözlərinə görə, həmin əraziyə yalnız “Formula 1” bileti olanlar daxil ola biləcəklər: “İyunun 22-dən bileti olan insanlar üçün bulvar ərazisinə giriş açıq olacaq və onlar parka daxil ola biləcəklər”.

S.Xankişiyeva

Paylaş:
875

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər