Avroliqada mübarizə aparacaq “İnter”, “Zirə” və “Qəbələ”nin rəqibləri müəyyənləşib | 1news.az | Xəbərlər
Futbol

Avroliqada mübarizə aparacaq “İnter”, “Zirə” və “Qəbələ”nin rəqibləri müəyyənləşib

19:42 - 19 / 06 / 2017
Avroliqada mübarizə aparacaq “İnter”, “Zirə” və “Qəbələ”nin rəqibləri müəyyənləşib

Bu gün Avropa Liqasında 2017/18 mövsümünün I və II təsnifat mərhələsinin püşkü atılıb.

1news.az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən püşkatmada təmislçilərimiz “Zirə”, “İnter” və “Qəbələ”nin də rəqibi bəlli olub.

İlk təsnifat mərhələsindən yarışa başlayacaq “Zirə” “Differdanj”la (Lüksemburq), “İnter” “Mladost”la (Serbiya) qarşılaşacaq.

“İnter” "Mladost" səddini keçsə, “Fola” (Lüksemburq) - “Milsami” (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. “Zirə” – “Differdanj”ın duelinin rəqibi isə Rumıniyanın “Astra” klubu olacaq.

Mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Qəbələ” isə I mərhələdə mübarizə aparacaq “Yaqelloniya” (Polşa)/”Dinamo” (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 29 iyun – 6 iyul, II təsnifat mərhələsinin matçları isə 13-20 iyul tarixlərində keçiriləcək.

1news.az

Paylaş:
863

Son xəbərlər

Bütün xəbərlər