Gələn ay Astanada Suriya üzrə növbəti danışıqlar keçiriləcək | 1news.az | Xəbərlər
Dünya

Gələn ay Astanada Suriya üzrə növbəti danışıqlar keçiriləcək

10:27 - 19 / 06 / 2017
Gələn ay Astanada Suriya üzrə növbəti danışıqlar keçiriləcək

Suriya münaqişəsinin tənzimlənməsi üzrə danışıqların növbəti raundu iyulun 10-də Astanada keçiriləcək.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə  Rusiyanın xarici xarici işlər naziri  Sergey Lavrov bildirib.

O deyib ki, danışıqlarda BMT-nin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi De Mistura da iştirak edəcək.

Lavrovun sözlərinə görə, məhz bu görüşdə tərəflər de-eskalasiya zonalarında mövcud olacaq rejimin konkret parametrlərinin razılaşdırılmasını yekunlaşdıracaqlar.

Pərvanə Sultanova

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər