ANAMA Türkiyə-İran sərhədində partlayışda iki azərbaycanlı istehkamçının yaralanması barədə məlumat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Türkiyə-İran sərhədində partlayışda iki azərbaycanlı istehkamçının yaralanması barədə məlumat yayıb

14:57 - 20 / 06 / 2017
ANAMA Türkiyə-İran sərhədində partlayışda iki azərbaycanlı istehkamçının yaralanması barədə məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı partlayışla bağlı açıqlama verilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova bildirib ki, Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.

O qeyd edib ki, 19 aprel 2017-ci ildən etibarən indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.

 “20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Onların həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur”, - deyə S. Sərkərova bildirib. 

S.Xankişiyeva

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər