Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

16:08 - 20 / 06 / 2017
Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun II mərhələsinə start verilib.

1news.az-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, indiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.  

Bildirilib ki, bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizindən çoxdur. İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra, valideynlər övladlarının sənədlərini 20 iyun - 18 sentyabr 2017-ci il tarixlərində (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir. Həmçinin, hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

I sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Babək Cahandarov

Paylaş:
559

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdiBu gün, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olubBu gün, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıbBu gün, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞIBu gün, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edirBu gün, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçiribBu gün, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıbBu gün, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuqBu gün, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edibBu gün, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”Bu gün, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilibBu gün, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRARBu gün, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaqBu gün, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcəkBu gün, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilibBu gün, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunubBu gün, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldüBu gün, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcəkBu gün, 14:02
Bütün xəbərlər