Bakıda qadına qarşı soyğunçuluq edən şəxslər tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadına qarşı soyğunçuluq edən şəxslər tutuldu

16:49 - 20 / 06 / 2017
Bakıda qadına qarşı soyğunçuluq edən şəxslər tutuldu

Polis əməkdaşları Bakıda qadına qarşı soyğunçuluq edən şəxsləri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən iyunun 12-də O.Zeynalovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Murad Həşimzadə və Masallı rayon sakini Araz Əliyev tutulublar.

Babək Cahandarov

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər