Dohadan 12 istiqamətə uçuşlar dayandırılıb | 1news.az | Xəbərlər
Dünya

Dohadan 12 istiqamətə uçuşlar dayandırılıb

17:02 - 20 / 06 / 2017
Dohadan 12 istiqamətə uçuşlar dayandırılıb

Qonşu ölkələrin embarqosu ilə əlaqədar olaraq Qətərin paytaxtı Dohada “Həməd” beynəlxalq aeroportu 4 ölkəyə uçuşları ləğv edib.

1news.az-ın məlumatına görə, Dohada Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirə olmaqla ümumilikdə 12 istiqamətə uçuşlar dayandırılıb.

Məlumatda qeyd olunur ki, bu ölkələrə getmək istəyən sərnişinlər Oman və Küveytdən yola düşə bilərlər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bir neçə digər ölkə də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

P.Sultanova

 

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər