Əfqan Muxtarlının vəsatəti təmin edilməyib

Bu gün Nəsimi rayon Məhkəməsində Əfqan Muxtarlının ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, məhkəmə vəsatəti təmin etməyib.
Xatırladaq ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ə. Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
Əfqan Muxtarlı Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilib
XİN: Əfqan Muxtarlı ilə bağlı məsələnin siyasiləşdirilməsi cəhdlərini düzgün deyil
Elman Nəsirov Əfqan Muxtarlının saxlanılması barədə fikirlərinin təhrif olunduğunu bildirib
S.Xankişiyeva