“Jurnalistlərin dostu” mükafatı təqdim ediləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“Jurnalistlərin dostu” mükafatı təqdim ediləcək

21:44 - 20 / 06 / 2017
“Jurnalistlərin dostu” mükafatı təqdim ediləcək

Azərbaycan Mətbuat Şurası və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edir.

Şuradan 1news.az-a verilən məlumata görə, bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.

Mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər.

Mətbuat Şurası sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Mətbuat Şurasına təqdim olunmalıdır. İyulun 15-dən  20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcək. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat Günü açıqlanacaq.

Qeyd edək ki, “Jurnalistlərin dostu” mükafatı 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib.

Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.

1news.az

Paylaş:
456

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər