Əli Əhmədov: Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub

11:54 - 20 / 06 / 2017
Əli Əhmədov: Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub

"Bu gün Azərbaycan iqtisadiyyatının sürətli inkişafı göz qarşısındadır. Son 12 il ərzində iqtisadiyyatın 3.5 dəfə artması qürur duyulan bir haldır".

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Baş nazirin müavini Əli Əhmədov Sumqayıtda sahibkarlarla görüşü zamanı deyib.

Ə.Əhmədov bildirib ki, bütün bunların hamısı əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin möhtəşəm uğurudur:

 “Azərbaycanda bütün sahələrin inkişafının kökündə iqtisadi inkişaf dayanr. İqtisadi inkişaf nəticəsində əldə olunan resurslar sayəsində Azərbaycanda yoxsulluğun səviyyəsi aşağı düşüb, əhalinin rifahı yaxşılaşıb, yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib, əməkhaqları, pensiyalar 3 dəfə artıb, qəsəbələr, şəhərlər simasını dəyişib və müasirləşib. Bütün bunların hamısının kökündə iqtisadi inkişaf dayanır. İqtisadi inkişaf olmadan bütün bunlara nail olmaq mümkün olmazdı”.

Baş nazirin müavini vurğulayıb ki, bundan sonra nəzərdə tutulan işlərin həyata keçirilməsi yenə də iqtisadi inkişafla bağlıdır:

 “Ona görə də cənab Prezident İlham Əliyevin hədəfində iqtisadi inkişaf dayanır. Bu gün Azərbaycanda iqtisadi sahədə köklü islahatlar nəzərdə tutulub. Bu günə qədər biz iqtisadi sahədə təbii resurslara istinad edirdik. Azərbaycan bu günə qədər təbii resurslardan səmərəli istifadə edib. Lakin bundan sonra da iqtisadiyyatın inkişafında yeni bir mərhələ başlayır. Yəni digər resurslar var, bu da iqtisadiyyatın diversifikasiyasına, tükənməyən resurslara əsaslanaraq iqtisadiyyatın, iqtisadi inkişafın yeni mərhələsi deməkdir. Bu, iş adamlarının məsuliyyətini, fəallıq əmsalının yüksəldilməsini tələb edir”.

S.Xankişiyeva

Paylaş:
525

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər