Gəncədə Amerika Güşəsi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə Amerika Güşəsi açılıb

09:21 - 21 / 06 / 2017
Gəncədə Amerika Güşəsi açılıb

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Gəncə Mərkəzi Kitabxanasında yerləşən Gəncə Amerika Güşəsinin açılışı olub.

1news.az-a səfirlikdən verilən məlumata görə,  səfir Robert Sekuta Amerika güşəsinin açılışında etdiyi qısa çıxışında  güşənin yerli icma üçün vacibliyini qeyd edib.

Mərasimdə Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər. Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib. Güşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaq. Səfir Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb. 

 Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkminləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

Gəncə Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki, https://www.facebook.com/americancenterbaku/Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ səfirliyinin Məlumat Mərkəzinə 488 33 00 (daxili 3617)  nömrəsinə zəng edəsiniz.

Pərvanə Sultanova

Paylaş:
583

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10AMEA-nın loqosu dəyişdi - FOTO18 / 05 / 2024, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZ18 / 05 / 2024, 12:55
Bütün xəbərlər