“EXPO 2017” də bomba həyacanı | 1news.az | Xəbərlər
Dünya

“EXPO 2017” də bomba həyacanı

09:53 - 21 / 06 / 2017
“EXPO 2017” də bomba həyacanı

Astanada “EXPO 2017” sərgisi ərazisinə bomba qoyulması ilə bağlı yalan məlumat verən şəxs saxlanılıb.

1news.az RİA Novosti-yə istinadla xəbər verir ki,  bir kişi Daxili İşlər Departamentinin operativ əməliyyat mərkəzinə zəng edərək sərgi ərazisinə partlayıcı qurğu yerləşdirildiyini  deyib.

Polisin həyata keçirdiyi əməliyyat nəticəsində yalan məlumat verən 32 yaşlı sakin saxlanılıb. O, spirtli içkinin təsiri altında bu addımı atdığını deyib. Həmin şəxs saxlanılıb, hazırda araşdırma aparılır.

Qeyd edək ki, “EXPO 2017” sərgisi 10 iyun-10 sentyabr tarixlərində keçirilir. Tədbirdə 100-dən çox ölkə iştirak edir.

Pərvanə Sultanova

 

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər