Cəlilabadda ticarət mərkəzində yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda ticarət mərkəzində yanğın baş verib

22:41 - 21 / 06 / 2017
Cəlilabadda ticarət mərkəzində yanğın baş verib

Cəlilabaddakı eyni adlı ticarət mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, nəticədə ümumi sahəsi 4 min 600 kvadratmetr olan “Cəlilabad” ticarət mərkəzinin dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzində olan müxtəlif mağazalar ümumilikdə 400 kvadratmetr sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:05-də söndürülüb.

1news.az

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər