Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

22:26 - 11 / 07 / 2017
Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir

Brüsseldə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın görüşü keçirilir.

1news.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Qeyd edək ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub və həmsədrlərin iştirakı ilə keçirilir.

1news.az

Paylaş:
965

Son xəbərlər

Bütün xəbərlər