Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs tutulub

22:51 - 11 / 07 / 2017
Nəsimi rayonunda mənzildən oğurluq edən şəxs tutulub

Paytaxtın 20 Yanvar küçəsindəki mənzillərdən birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Ev sahibəsi mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, məlumatla əlaqədar ərazi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşlarından və kriminalistlərdən ibarət əməliyyat qrupu hadisə yerində olub, müvafiq araşdırmalar aparıblar.

Mənzili müayinəsi zamanı əl-barmaq izləri götürülüb, digər əməliyyat tədbirləri keçirilib.

Hadisə yerindən götürülmüş izlərin müvafiq qaydada ekspertizası əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin əl-barmaq izləri ilə eyniyyət təşkil etməsi barədə rəy verib.

Əməliyyat-axtarış tədbirləri ilə Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyevin yeri müəyyənləşdirilib. O, iyulun 6-da şübhəli şəxs qismində saxlanılaraq 19-cu polıs bölməsınə gətirilib.

Onun ətrafında aparılan tədbirlərlə və əsaslı dəlilər qarşısında o, törətdiyi əməli etiraf edib. Bildirib ki, həmin mənzilə pəncərədən girərək daxil olub, oradan 450 manat, 3100 ABŞ dolları və qızıl əşyaları oğurlayıb.

Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
1074

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər