Abşeron yarımadasının bəzi sürüşmə ərazilərində nisbi aktivlik qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeron yarımadasının bəzi sürüşmə ərazilərində nisbi aktivlik qeydə alınıb

23:44 - 11 / 07 / 2017
Abşeron yarımadasının bəzi sürüşmə ərazilərində nisbi aktivlik qeydə alınıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən iyunda Bakıda və Abşeron yarımadasında, həmçinin rayonlarda ekzogen geoloji proseslərin dinamikasında müşahidələr davam etdirilib, mövcud sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, aparılan müşahidələr nəticəsində Bakının və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb. Zığ-1, Masazır, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Suraxanı rayonu, Əhmədli qəsəbəsi Zığ-1 sürüşmə zonasında lokal sahədə sürüşmə proseslərinin dinamikasında nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb. Günəşli yaylası-oturma sahəsində torpaq qatında müxtəlif istiqamətli və ölçülü çatlar qeydə alınıb.

Abşeron rayonu Masazır sürüşmə sahəsində uçqun prosesinin dinamikasında, Masazır qəsəbəsi Zəli gölü adlanan ərazidə isə sürüşmə və uçqun proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Sabunçu rayonu Maştağa-Zabrat subasma sahəsində, Daş Karxanası yaşayış massivində və Qala qəsəbəsində subasma proseslərinin dinamikasında nisbi aktivlik qeydə alınıb.

Astara rayonunun Kijəbə, Miki sürüşmə sahələrində, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu kilometrliyində, Lənkəran-Lerik yolunun 27-29-cu və 45-47-ci, 17-19-cu kilometrliyində, Lənkəran rayonunun Horavenc, Gəgiran sürüşmə sahələrində, Masallı rayonunun Güllütəpə, Zuvand sürüşmə sahələrində, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci kilometrliyində, Çinar sürüşmə sahəsində, Gədəbəy rayonu Şahdağ, Pirdağ, Arıqıran sürüşmə sahəsində, Daşkəsən rayonu Alunitdağ sürüşmə sahəsində, Ağsu rayonu Sanqalan sürüşmə sahəsində, İsmayıllı rayonu İstisu, Sədiyan, Xankəndi sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunub. Monitorinq və müşahidələr davam etdirilir.

Monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

1news.az

Paylaş:
1010

Son xəbərlər

Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57
Bütün xəbərlər