Bakıda ağacların kəsilməsinə səbəb olan məmur barəsində cinayət işi başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ağacların kəsilməsinə səbəb olan məmur barəsində cinayət işi başlanılıb

20:22 - 14 / 07 / 2017
Bakıda ağacların kəsilməsinə səbəb olan məmur barəsində cinayət işi başlanılıb

Paytaxtın Xətai rayonu, Əbilov küçəsi 12 saylı ünvanda yaşıllıq sahəsində tikinti işlərinin aparılması zamanı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Zahid Bədəlov tərəfindən müxtəlif cinsli (dəfnə, tut, əncir və zeytun) 4 ədəd ağac və 6 ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması, eləcə də həmin ünvanda aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.

Baş Prokurorluğunun mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ilkin araşdırmalarla 85 saylı MKİS-in rəisi Zahid Bədəlovun qulluq mövqeyindən sui-istifadə edib Meşə Məcəlləsinin və meşə qanunvericiliyi üzrə normativ aktların tələblərini kobud surətdə pozaraq kəsməyə hüquq verən əsaslar olmadan xeyli miqdarda ziyan vurmaqla ağacları və kolları qanunsuz kəsməsi hallarına yol verməsi müəyyən edilib.

Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən iyulun 14-də Cinayət Məcəlləsinin 259.2.3-cü (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
1444

Son xəbərlər

Yaşa görə pensiya alanların sayı açıqlanıbBu gün, 11:23Dövlət Başçısı Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ünvanlayıbBu gün, 11:18Prezident yeddinci çağırış Milli Məclisin ilk iclasında iştirak edirBu gün, 11:08Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi başlayıbBu gün, 10:56“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!Bu gün, 10:47Əmtəə bazarlarında qızılın qiyməti 2 650 dolları ötübBu gün, 10:41Qarabağ Universitetində ilk dərs günü - FOTOBu gün, 10:38Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülübBu gün, 10:25Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatırBu gün, 10:17“McDonald's Azərbaycan” internat məktəbinin şagirdləri ilə birlikdə sahilboyu ərazidə təmizlik aksiyası keçirib - FOTOBu gün, 10:11Braziliyada keçirilən G20 tədbirində Azərbaycanın turizm təcrübəsi təqdim edilibBu gün, 10:038 Noyabr prospektində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət qismən aradan qaldırılıb - FOTOBu gün, 09:54İqlim konfranslarının tərəfdaşlığı: COP28, COP29 və COP30 üçlüyü – FOTOBu gün, 09:48Qərbi Azərbaycan İcmasından Kanadanın xarici işlər nazirinin ölkəmizə qarşı qərəz və böhtan dolu bəyanatına CAVABBu gün, 09:37Su polisi dənizkənarında narkotik satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxsi saxlayıb - VİDEOBu gün, 09:25AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:09Metroda qatarda nasazlıq yarandı - Sərnişinlər düşürüldüBu gün, 09:07Bakının bir sıra yollarında tıxac müşahidə edilir - SİYAHIBu gün, 09:04Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19
Bütün xəbərlər