“Qarabağ”ın gəncləri “Çelsi”yə məğlub olub | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”ın gəncləri “Çelsi”yə məğlub olub

18:31 - 22 / 11 / 2017
“Qarabağ”ın gəncləri “Çelsi”yə məğlub olub

“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində 5-ci turun oyununa çıxıb.

1news.az-ın məlumatına görə, Rəşad Sadıqovun komandası Bakıda “Çelsi” ilə qarşılaşıb.

Ötən turda səfərdə “Atletiko”ya qalib gələrək (1:0) sürpriz nəticəyə imza atan “Qarabağ” qrup lideri ilə görüşdən məğlub ayrılıb - 1:3. Bununla da “Çelsi” növbəti mərhələyə yüksəlib. “Qarabağ” isə qrupdan çıxmaq şansını itirib.

Qeyd edək ki, qrupun digər oyununda “Atletiko” “Roma”nı qəbul edəcək.

UEFA Gənclər Liqası

C qrupu, V tur

22 noyabr

“Qarabağ” - “Çelsi” - 1:3

Qollar: Yaroslav Deda, 50 - Martell Teylor-Krossdeyl, 61 (pen.); Çarli Braun, 70; Corc Makİçran, 77

1news.az

Paylaş:
774

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər