Xızıda 203 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda 203 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

11:32 - 22 / 11 / 2017
Xızıda 203 ədəd partlamamış hərbi sursat və mərmi qalıqları tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar keçirdiyi əmliyyatla bağlı yeni məlumat yayıb.

Agentliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, noyabrın 21-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Keçirilmiş baxış zamanı 203 ədəd partlamamış hərbi sursat (PHS), 218 ədəd partlamış-yanmış mərmi qalıqları və 691 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 174 000 kv.m (17.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 76 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Keçirilmiş baxşlar zamanı 19 494 ədəd partlamamış hərbi sursat (PHS), 8 959 ədəd partlamış-yanmış sursat qalıqları və 69 370 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 69 434 785 kv.m (6 943 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

1news.az

Paylaş:
531

Son xəbərlər

Bütün xəbərlər