Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var

15:38 - 23 / 11 / 2017
Əfqanıstanda partlayış - 6 ölü, yaralılar var

Əfqanıstanın şərqində Cəlilabad şəhərində partlayış törədilib.

1news.az xəbər verir ki, partlayış nəticəsində azı 6 nəfərin öldüyü bildirilir.

Vilayət qubernatoru Nanqarxar Ataulla Xoqiyani partlayış faktını təsdiq edib.

Qubernator insident nəticəsində daha 8 nəfərin müxtəlif xəsarətlər aldığını deyib. Onun sözlərinə görə, partlayış keçmiş polis komandirinin evinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayıcı qurğunu intiharçı-terroçu işə salıb.

Partlayışla bağlı məsuliyyəti hələ heç kim üzərinə götürməyib.

1news.az 

Paylaş:
593

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər