FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb | 1news.az | Xəbərlər
Futbol

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

16:14 - 23 / 11 / 2017
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb

FIFA futbol üzrə yığma komandaların növbəti reytinq siyahısını açıqlayıb.

1news.az xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə iki pillə geriləyib. Aktivində 281 xalı olan Azərbaycan millisi 115-ci pillədən 117-ci sıraya enib.

Qeyd edək ki, yeni reytinqdə lider dəyişib. Xalını 1602-yə çatdıran Almaniya birinci yerdədir. Hesabında 1483 xal olan Braziliya ikinci sıraya enib. Portuqaliya isə 1358 xalla üçüncü pillədə qərarlaşıb.

Onluqdakı sonrakı yerlərdə isə Argentina (1348 xal), Belçika (1325 xal), İspaniya (1231 xal), Polşa (1209 xal), İsveçrə (1190 xal), Fransa (1183 xal) və Çili (1162 xal) yer alıb.

1news.az

Paylaş:
374

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər