Robert Prosineçkinin yeni iş yeri bəlli olub
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri bəlli olub.
1news.az xəbər verir ki, xorvatiyalı mütəxəssis yenidən milli komandada çalışmağa qərar verib.
Belə ki, 49 yaşlı çlışdırıcı Bosniya və Hersoqovina milli komandasını çalışdıracaq. DÇ-2018-ə yollanmaq hədəfinə çata bilməyən bosniyalılar Mehmed Bazdareviçi istefaya yollayıblar. Boş qalan posta isə xorvatiyalı namizəd göstərilib.
Prosineçki Türkiyə mətbuatına verdiyi açıqlamada da xəbəri təsdiqləyib: “Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmiləri ilə görüşməkdən məmnun olacam. Gələn həftə görüşümüz olacaq və müəyyən müzakirələr aparacağıq. Demək olar ki, anlaşmamız üçün heç bir əngəl qalmayıb”.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiç də Bosniya və Herseqovina millisinə dəvət alır.
1news.az