Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB

19:33 - 24 / 11 / 2017
Misirdə məsciddə partlayış nəticəsində ölənlərin sayı 235-ə yüksəlib - YENİLƏNİB

Misirin baş prokurorluğunun yaydığı məlumata görə, Əl-Rauda məscidində cümə namazı zamanı törədilən terror aktı nəticəsində həlak olanların sayı 235 nəfərdir, 109 insan müxtəlif dərəcəli xəsarət alıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, terrorçular cümə namazı zamanı dörd maşında Əl-Rauda məscidini mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq dua edənlər arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.

15:47

Misirin Sinay yarmadasında məscidə hücum olub.

1news.az  RİA Novosti-yə istinadla xəbər verir ki, silahlıların məscidə hücumu nəticəsində azı 50 nəfərin həlak olub.

Partlayış Əl- Ariş şəhərinin yaxınlığında məsciddə baş verib. Məlumata görə, terrorçular cümə xütbəsi zamanı partlayış törədib.

1news.az

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər