Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib

09:17 - 24 / 11 / 2017
Litvada “Ali və Nino” filminin təqdimatı keçirilib

Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Vilnüsdə “Əli və Nino” filminin təqdimatı keçirilib.

Səfirlikdən  1news.az-a  verilən məlumata görə, Litva Milli Kitabxanasının kino zalında təşkil olunmuş təqdimat mərasimdə parlamentin üzvləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, səfirlər, incəsənət xadimləri, diplomatik korpusun və şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Həsən Məmmədzadə Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmiş ekran əsərinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindən və gələn il 100 illiyini qeyd edəcəyimiz müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs etdiyini vurğulayıb.

Səfir azərbaycanlı Əli ilə gürcü qızı Nino arasında yaranmış sevgi münasibətindən və onların müstəqil Azərbaycan uğrunda həmrəyliklərindən bəhs edilən filmin Litvada təqdimatını əlamətdar hadisə adlandırıb, bunu 2010-cu ildə Litva dilinə tərcümə edilmiş eyni adlı əsərin (“Ali ir Nino” kitabı) məntiqi nəticəsi kimi qiymətləndirib.

Dini və etnik fərqlərə baxmayaraq, Əli və Ninonun çətinliklərə sinə gərib ailə qurması, Vətənin müdafiəsi uğrunda birgə mübarizəyə qalxması izləyicilər tərəfindən maraqla qarşılanıb.

Filmin nümayişindən sonra Azərbaycanın milli şirniyyatları və nar şərabları nümunələri qonaqlara təqdim edilib.

Filmin Litvanın digər şəhərlərində də nümayişi nəzərdə tutulur.

P.Sultanova

 

Paylaş:
519

Son xəbərlər

Müəllimlərin sertifikasiya imtahanlarının vaxtları məlum olubBu gün, 11:13Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaqBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıbBu gün, 10:11Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 10:03BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur - FOTOBu gün, 09:58“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51
Bütün xəbərlər