Misirdə terror qurbanlarının sayı 305-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

Misirdə terror qurbanlarının sayı 305-ə çatıb

16:33 - 25 / 11 / 2017
Misirdə terror qurbanlarının sayı 305-ə çatıb

Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb.

Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır.

Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir.

Misirdə 3 günlük matəm elan olunub.

S.Xankişiyeva

 

Paylaş:
870

Son xəbərlər

Bütün xəbərlər