Qubada maşın körpüdən çaya düşüb: 5 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada maşın körpüdən çaya düşüb: 5 nəfər xəsarət alıb

15:40 - 26 / 11 / 2017
Qubada maşın körpüdən çaya düşüb: 5 nəfər xəsarət alıb

Qubada yol nəqliyyat hadisəsi qeydə alınıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, hadisə Quba-Xınalıq yolunun 28-ci km-də baş verib.

Xınalıq kənd sakini Babasultan Sultanovun idarə etdiyi “Mitsubishi” markalı maşın körpünün üzərindən çaya düşüb. Qəza nəticəsində sürücü və bir ailənin 4 üzvü - 1964-cü il təvəllüdlü Gülcamal Sultanova, 1985-ci il təvəllüdlü Həyat Sultanova, 4 yaşlı Günay və 1 yaşlı Nəcməddin xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
532

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər