Çində partlayış baş verib: 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb – FOTO | 1news.az | Xəbərlər
Dünya

Çində partlayış baş verib: 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb – FOTO

12:04 - 26 / 11 / 2017
Çində partlayış baş verib: 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb – FOTO

Çinin Cıcian vilayətinin Ninbo şəhərində bu gün səhər saatlarında baş verən güclü partlayışda 2 nəfər ölüb, 30-dan çox adam yaralanıb.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, yerli vaxtla səhər 9:00 radələrində şəhərin əsasən kiçik müəssisələrin yerləşdiyi məhəlləsindəki sexlərdən birində baş verən partlayış nəticəsində dağıntı qeydə alınıb.

Yaxınlıqdakı binalara və avtomobillərə müəyyən qədər zərər dəyib. Hələlik partlayışın səbəbi məlum deyil.

Yaralananların hamısı xəstəxanalara yerləşdiriliblər. Onlardan ikisinin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

S.Xankişiyeva

 

Paylaş:
741

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər