Səfirlik: Ukraynanın Odessa şəhərində baş verən insident xuliqanlıq hərəkətidir - FOTO  | 1news.az | Xəbərlər
Cəmiyyət

Səfirlik: Ukraynanın Odessa şəhərində baş verən insident xuliqanlıq hərəkətidir - FOTO 

15:31 - 27 / 11 / 2017
Səfirlik: Ukraynanın Odessa şəhərində baş verən insident xuliqanlıq hərəkətidir - FOTO 

Ukraynanın Odessa şəhərində tikilməsi planlaşdırılan “Azərbaycan” parkındakı lövhənin üzərinin boya ilə ləkələnməsi xuliqanlıq hərəkəti kimi qiymətləndirilməlidir.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, səfirlik bu cür xuliqanlıq hərəkətlərinin siyasiləşdirilməsini qətiyyətlə pisləyir və Kütləvi İnformasiya Vasitələrini həssas mövzulara diqqətlə yanaşmağı tövsiyə edir.

Səfirliyin məlumatında qeyd edilir: “Əvvəla, 2012-ci ildə SOCAR şirkəti tərəfindən həmin parkın tikintisi nəzərdə tutulsa da, yaranan maliyyə çətinliyinə görə, bu günə qədər hər hansı bir abadlıq işləri görülməyib, sadəcə, sonradan məlumatlandırma lövhəsi qoyulub və bu ötən müddətdə həmin ərazi baxımsız qalıb. Sözsüz ki, ərazi baxımsız qaldığından, bu cür xuliqanlıq hərəkətləri qaçılmaz olur. Əgər həmin park “Azərbaycan” parkı kimi fəaliyyətə başlasaydı, ərazi nəzarətdə olardı və iki ölkənin münasibətlərini pozmağa cəhd edən bu cür xuliqanlıq hərəkətləri baş verməzdi”.

Azərbaycanın Ukraynadakı Səfirliyi baş verən xuliqanlıq hərəkəti ilə bağlı Odessa şəhərinin icra strukturları ilə əlaqə saxlayıb və araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
671

Son xəbərlər

Bütün xəbərlər