Azərbaycanlı aparıcı Rusiya telekanalında şah plov hazırlayıb – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı aparıcı Rusiya telekanalında şah plov hazırlayıb – VİDEO

16:32 - 27 / 11 / 2017
Azərbaycanlı aparıcı Rusiya telekanalında şah plov hazırlayıb – VİDEO

Rusiyada yayımlanan NTV telekanalında efirə gedən “Poyedem, poyeden!” verilişinin budəfəki buraxılışı Azərbaycanın paytaxtı Bakıya həsr olub.

Kulinariya ilə maraqlanan ingilis Con Uorrenin şou-proqramında həm əyləncəli, həm də dünya mətbəxindən bəhs edilir. Müxtəlif insanlar: müxtəlif xalqların və peşələrin sahibləri, şəhər və kənd sakinləri proqramın qonaqları olurlar. Onlar maraqlı yemək reseptlərini tamaşaçılarla bölüşürlər.

C.Uorren Bakıda vulkandan çıxan müalicəvi palçığı yüksək qiymətləndirib. Eləcə də o, Bakı pomidoru və şabalıd qutabının da dadına baxıb. Həmçinin səyyah şəhərin görməli yerlərini gəzərək, at sürüb, rəssamlar Faiq Əhməd və Rəşad Ələkbərlə görüşüb, Qobustana da gedib, qumdan rəsm çəkməyi öyrənib, Azərbaycan milli çalğı alətlərini ilə tanış olub, eləcə də azərbaycanlı aparıcı Leyla Quliyeva ilə lavaşda şah plov da hazırlayıb.

Xatırladaq ki, L.Quliyeva uzun müddət İTV telekanalında aparıcı olub, “Avroviziya-2012” müsabiqəsinin aparıcılarından biri olub. Hazırda isə AZTV kanalında bir sıra layihələrin aparıcısıdır.

S.Xankişiyeva

Paylaş:
933

Son xəbərlər

Bütün xəbərlər