Fahişəliyə məcbur eləmək istədiyi 16 yaşlı sevgilisini öldürüb, cəsədini parçaladı
Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.
1news.az-ın Nukkuşaz-a istinadən verdiyi xəbərə görə, İstanbulda həbsxana fərarisi birlikdə yaşadığı sevgilisini boğub öldürüb, sonra da cəsədini hissələrə ayıraraq çemodana qoyub. Qatil qaçmağa çalışsa da, tutulub.
Hadisə İstanbulun Gaziosmanpaşa Yıldıztabya məhəlləsində gecə saatlarında baş verib. 29 dəfə adı polislərin qara siyahısına düşən 31 yaşlı Ahmet Şahin adlı kişi birlikdə yaşadığı 16 yaşlı sevgilisi Dilek İnceni fahişəliyə məcbur edib. Qız isə buna etiraz edib və oğlanın bacısının köməyi ilə evdən qaçıb.
Oğlan avtovağzala gedən qızı tutub evə gətirib, boğub öldürüb, sonra da cəsədini hissələrə ayıraraq çemodana qoyub.
1news.az
1631