Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib

09:22 - 27 / 11 / 2017
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 2 nəfər xilas edilib

Bakıda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
540

Son xəbərlər

Bütün xəbərlər