Sofiya adlı robot ailə qurmaq istəyir | 1news.az | Xəbərlər
Dünya

Sofiya adlı robot ailə qurmaq istəyir

10:50 - 27 / 11 / 2017
Sofiya adlı robot ailə qurmaq istəyir

Məşhur Sofiya adlı robot şəxsi ailəyə sahib olmaq arzusunda olduğunu bildirib.

1news.az-ın technote.az-a istinadla verdiyi xəbərə görə, o bildirib ki, robotlar və insanlar ailəyə sahib olmaq hüququna layiqdirlər:

“Mən düşünürəm ki, əgər sizi sevən bir ailəniz varsa, sizin bəxtiniz gətirib. Əgər belə bir ailəniz yoxdursa, siz ona layiqsiniz. Mən düşünürəm ki, bu həm robot, həm də insanlar üçün eyni qanunauyğunluqdur”.

Bundan əlavə olaraq Sofiya qeyd edib ki, robot qız övladına sahib olmaq istərdi. Belə ki, ailə onun üçün çox vacib bir özəllikdir. Qeyd etmək lazımdır ki, Sofiya dünyanın ilk vətəndaşlıq almış robotudur. Bu robot Honkonqun “Hanson Robotics” adlı şirkəti tərəfindən hazırlanıb. Xarici görünüşcə əsl qadını xatırladan bu robot elə quraşdırılıb ki, o öyrənə və insan davranışına uyğun olaraq adaptasiya ola bilir.

S.Xankişiyeva

 

Paylaş:
1326

Son xəbərlər

Bütün xəbərlər