14 nömrəli məktəbdə nə baş verir? - şagirdin sinfini dəyişdilər, valideynləri polis çağırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

14 nömrəli məktəbdə nə baş verir? - şagirdin sinfini dəyişdilər, valideynləri polis çağırdı

13:41 - 28 / 11 / 2017
14 nömrəli məktəbdə nə baş verir? - şagirdin sinfini dəyişdilər, valideynləri polis çağırdı

14 nömrəli tam orta məktəbin rus bölməsinin 3-e sinif şagirdi Sadıqzadə Məhəmmədhəsən Tural oğlunun davranışı ilə bağlı problem yaranıb.

1news.az xəbər verir ki, məktəb rəhbərliyi şagirdin sinfini dəyişərək onu 3-ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3-ç sinfində oxumasına narazılıqlarını bildiriblər.

Məktəb rəhbərliyi tərəfindən valideynlərlə aparılan söhbətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. 27-28 noyabr tarixlərində valideynlər həmin şagirdə görə övladlarını sinfə buraxmayıb.

Sadıqzadə  Məhəmmədhəsən Tural oğlunun valideynləri onların övladlarına və özlərinə qarşı olan münasibətlərə görə polis bölməsinə müraciət ediblər. 3-ç sinfinin digər valideynləri də bu məsələnin araşdırılaraq həll edilməsini istəyirlər. 

Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, valideynlərlə görüşüb, məsələni birgə müzakirə ediblər. 

Hadisənin baş verdiyi 14 nömrəli tam orta məktəblə əlaqə saxlasaq da, telefona cavab verən xanım direktorun yanında qonaqların olduğunu, məsələ ilə bağlı əlavə məlumat verə bilməyəcəklərini söylədi.

1news.az

Paylaş:
1355

Son xəbərlər

Bütün xəbərlər