Mübariz Əhmədoğlu: KTMT Ermənistan ərazisində qaçqın adı ilə terrorçuların mövcudluğu faktını konstatasiya etdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: KTMT Ermənistan ərazisində qaçqın adı ilə terrorçuların mövcudluğu faktını konstatasiya etdi

10:40 - 04 / 12 / 2017
Mübariz Əhmədoğlu: KTMT Ermənistan ərazisində qaçqın adı ilə terrorçuların mövcudluğu faktını konstatasiya etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTNT) Minsk sammitində dövlət başçılarının imzaladığı bəyannamədə maddələrdən biri terrorçu yaraqlıların qaçqın adı ilə dövlətlərin ərazisinə daxil olma taktikasını seçə bilməsidir.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu KTMT dövlət başçılarının qəbul etdiyi sənədlə bağlı xəbəri şərh edərkən bildirib:

Xarici yaraqlı-terrorçuların aşkarlanıb zərərsizləşdirilməsi üçün dövlətlərarası əməkdaşlığın gücləndirilməsini, eləcə də transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin təkmilləşdirilməsini təklif edir. KTMT dövlət başçılarının qəbul etdiyi bu maddə yalnız Ermənistana aiddir. Ermənistan Yaxın Şərq regionundan rəsmi məlumata görə 22 min qaçqın qəbul etmiş yeganə KTMT və MDB üzvüdür. KTMT və eləcə də MDB məkanın digər heç bir dövlətinin ərazisinə Yaxın Şərqdən bu qədər qaçqın gəlməyib. Hər bir dövlətə gələnlər bir neçə 10 nəfərdirlər. Həmin dövlətlərin müvafiq strukturları bu adamları daim nəzarətdə saxlaya bilirlər. Bu kontekstdə digər baş verənlər diqqət çəkir:

Rusiyanın Ermənistandakı hərbi bazasına qarşı planlı təzyiqlər başlanıb; RF hərbçilərinin təlimi kənd təsərrüfatı işlərinə maneçilik edir.

Rusiya hərbi hissəsində iki hərbçinin itkin düşməsi ilə bağlı məlumatlar var.

Bir neçə ay öncə Rusiya hərbçisi heç nəyin üstündə öldürüldü. Sonradan bəlli oldu ki, qatil Yunanıstandan gəlmiş və Suriya mənşəli, İslamı qəbul etmiş xristiandır.

Rusiya hərbi bazası Ermənistanın daxilində keçirdiyi son hərbi təlimi ölkə daxilinə soxulmuş qeyri-formal silahlı qüvvələrin ləğvinə həsr olunmuşdur. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında dəfələrlə müzakirə olunub. Hazırda AİK-in sədri, bir az əvvəl Ermənistanın ABŞ-dakı səfiri, daha əvvəl Ermənistanın baş naziri postunda olarkən Tiqran Sərkisyan rus bazasının Ermənistan ərazisindən çıxarılmasının mümkünlüyünü iki dəfə “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində Aİ rəhbərliyi ilə müzakirə etmişdi”.

Politoloqun fikrincə, Ermənistan ərazisinə Suriyadan gələn qaçqınlarla bağlı daha iki məsələ Rusiya tərəfindən təhlükə kimi qəbul edilə bilər:

“Əgər gələnlər ermənidirsə, deməli, bu erməniləri Ermənistan dövləti məskunlaşdırmalıdır. Bunun üçün Ermənistanda “Evə qayıt” adlı xüsusi dövlət proqramı mövcuddur və fəaliyyətdədir. Suriyadan gələnlərin Ermənistanda məskunlaşmasını Aİ və ABŞ tərəfdən maliyyələşdirilməsi isə digər məqsədlərdən xəbər verə bilər.

Gələnlərin bir qismi döyüş təcrübəsinə malik şəxslərdir.Ölkə daxilində “qeyri-formal silahlı birləşmələr” terminini RF vəziyyətə şamil edə bilər.

Suriya ermənilərinin böyük bir qismi Dağlıq Qarabağda məskunlaşdırılıb. Rusiyalı erməni iş adamlarının Dağlıq Qarabağa marağının artması da diqqətdədir.

Ermənistana təkcə Yaxın Şərq regionundan ermənilər deyil, digər millətlərin təmsilçilərinin gəlməsi istisna deyil. Ermənistan region üçün təhlükə mənbəyidir.

Hərbi qüvvənin iştirakı olmadan Rusiya Ermənistana nəzarət edə bilməyəcək. Alternativ variant Ermənistanın Kalininqrad statusu ilə RF-in tərkibinə qatılmasıdır”.

S.Xankişiyeva

 

Paylaş:
653

Son xəbərlər

PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02
Bütün xəbərlər