Uitkoff: İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Uitkoff: İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - VİDEO

13:54 - Bu gün
Uitkoff: İlham Əliyev ölkəsini tamamilə yeni istiqamətə yönəldib - VİDEO

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff Mayamidə keçirilən "FII PRIORITY 2026" investisiya forumunda Azərbaycanın Prezidenti İlham Əliyev haqqında danışıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Uitkoff bildirib ki, dünyada bir çox böyük liderlik nümunəsi var və bir çox gənc liderlər dünya üçün ümid mənbəyi ola bilər.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp onların hamısı ilə yaxın münasibətdədir.

"Məsələn, Azərbaycanın Prezidenti İlham Əliyevə baxın – o, ölkəsini tamamilə yeni istiqamətə yönəldib. Mən düşünürəm ki, Sülh Şurası həqiqətən də eyni baxışları paylaşan bir çox insanı birləşdirir", – Uitkoff Mayamidə keçirilən investisiya forumunda bildirib.

Paylaş:
143

Son xəbərlər

Bütün xəbərlər