Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib

Qafar Ağayev16:41 - Bu gün
Sutkalıq və aylıq yağıntı üzrə rekord göstəricilər yenilənib

Milli Hidrometeorologiya Xidmətinin martın 28-i saat 13:00-a olan məlumatına əsasən, hazırda Bakıda və Abşeron yarımadasında intensiv xarakterli yağış davam edir.

Bu barədə 1news.az-a xidmətdən məlumat verilib.

Bildirilib ki, son 100 il ərzində 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36, 8 millimetr olub və bu, aylıq normanın 156 faizini təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 millimetr qeydə alınıb. Bu da aylıq normanın 508 faizinə bərabərdir.

Aylıq göstəricilərə gəldikdə isə 1988-ci ilin mart ayında ümumilikdə Bakıda və Abşeron yarımadasında 83 millimetr yağıntı düşüb və bu, aylıq normanın 352 faizini təşkil edib 2026-cı ilin mart ayının ötən 27 günü ərzində düşən yağıntının miqdarı 128 millimetr olub ki, bu da aylıq normanın 542 faizini təşkil edir.

Beləliklə, həm sutkalıq, həm də aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb.

Paylaş:
93

Son xəbərlər

Bütün xəbərlər