Mher Qriqoryan: Azərbaycan vasitəsilə tranzit maneələrinin aradan qaldırılması Ermənistan üçün önəmlidir
1news.az xəbər verir ki, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan bildirib: Azərbaycan ərazisi vasitəsilə Ermənistana tranzit maneələrinin aradan qaldırılması İrəvan üçün mühüm hadisədir.
O, Qazaxıstanın Şımkent şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı vurğulayıb ki, Cənubi Qafqazda nəqliyyat-logistika infrastrukturunun şaxələndirilməsi xarici ticarətin artmasına təkan verir və bu addım regionun potensialının üzə çıxarılması üçün yeni perspektivlər açır.
65











