Bir marşrut xətti ləğv edilib, digərinin daşıyıcısı dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir marşrut xətti ləğv edilib, digərinin daşıyıcısı dəyişib

15:52 - 25 / 12 / 2017
Bir marşrut xətti ləğv edilib, digərinin daşıyıcısı dəyişib

Marşrut xətlərinin optimallaşdırılması tədbirləri çərçivəsində 155 nömrəli marşrut xətti (metronun “Azadlıq” stansiyası – Mehdiabad qəsəbəsi – Fatmai qəsəbəsi) ləğv edilib.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən(BNA) məlumat verilib.

Həmin marşrut xətti üzrə sərnişinlərin daşınması 108 nömrəli marşrut xətti ilə hərəkət edən avtobuslar vasitəsi ilə təmin ediləcək. Sərnişin axını nəzərə alınaraq, ləğv edilən 155 nömrəli marşrut xətti üzrə mövcud olan nəqliyyat vasitələri 108 nömrəli marşrut xəttinə əlavə olunmaqla xətt üzrə avtobus sayı artırılacaq.

Bununla yanaşı 170 nömrəli (metronun “Memar Əcəmi” stansiyası – Binəqədi qəsəbəsi) müntəzəm marşrut xəttinin daşıyıcısı dəyişdirilib. Dəyişiklik edilməsinə səbəb, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq daşıyıcının fəaliyyətində yol verdiyi nöqsanları aradan qaldırmayaraq qoyulan tələblərə əməl etməməsidir. Qeyd edək ki, müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətinə dair tələblərə əməl etməyən, o cümlədən sərnişinlərə rahat və təhlükəsiz xidmətin göstərilməsini təmin etməyən daşıyıcılar barəsində də analoji addımlar atılacaq.

1news.az

Paylaş:
496

Son xəbərlər

Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07Orxan Nəzərli: “COP29 ərəfəsində Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumun keçirilməsi çox əhəmiyyətlidir”.Bu gün, 10:58“Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti ilə də dəstəklənəcək” - NazirBu gün, 10:46İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunubBu gün, 10:44“Bərpa olunan enerji istehsal etmək üçün investorlarla birlikdə işləyirik”Bu gün, 10:43Mikayıl Cabbarov: Əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılmasıdırBu gün, 10:29İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sədri Köçərli Həsənov vəfat edibBu gün, 10:24Qızılın qiyməti 2 700 dollara yaxınlaşırBu gün, 10:15Birinci Qarabağ müharibəsinin daha iki itkin şəhidi dəfn ediləcəkBu gün, 10:00Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”Bu gün, 09:48AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:41Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 09:24Axtarışda olan şübhəli şəxs bıçaqla müqavimət göstəribBu gün, 09:17Bakıda tıxac olan yollar - SİYAHIBu gün, 09:09Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21
Bütün xəbərlər