Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

11:15 - 25 / 12 / 2017
Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Aydan Əsədova BP şirkətinin həyata keçirdiyi təcrübə proqramının bütün dünya üzrə iştirakçıları arasında keçirilən müsabiqədə qalib olub.

1news.az-a BANM-dan verilən məlumata görə,  müsabiqənin əsas məqsədi BP-nin bütün ölkələrdən olan  təcrübəçilərinin təcrübə keçdiyi müddətdə fəaliyyətini əks etdirən şəkillər və xatirələri öz sosial şəbəkəsində paylaşması təşəbbüsü olub. Müsabiqənin nəticələrinə əsasən, tələbəmiz qalib seçilərək BP şirkəti tərəfindən yarışmanın baş mükafatı olan GoPro qazanıb.

A.Əsədovanın qalib olması haqda BP şirkəti özünün rəsmi saytı və “BP careers” rəsmi facebook səhifəsində paylaşımlar edib.

Qeyd edək ki, təcrübə keçdiyi müddətdə Aydan BP-nin AGT regionu üzrə “Technofest 2017” layihə təqdimatı yarışmasında  da iştirak edərək 27 təcrübəçi arasında 3-cü yer qazanıb və uğur sertifikatı ilə təltif edilib.

A.Əsədova hazırda BANM-da Proseslərinin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsidir.

1news.az

 

Paylaş:
690

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər