Qarsda qəzada yaralanan azərbaycanlıların vəziyyəti necədir? - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarsda qəzada yaralanan azərbaycanlıların vəziyyəti necədir? - FOTO - YENİLƏNİB

13:18 - 25 / 12 / 2017
Qarsda qəzada yaralanan azərbaycanlıların vəziyyəti necədir? - FOTO - YENİLƏNİB

"İçərisində azərbaycanlıların olduğu avtobusun Qarsda qəzaya uğraması nəticəsində ölən və ağır xəsarət alan yoxdur”.

1news.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev deyib.

 O bildirib ki, avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: “Hadisə nəticəsində 30-a yaxın şəxs yaralanıb. Onlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir. Xəsarət alanlar Sarıqamış və Qars xəstəxanalarına yerləşdiriliblər”.

1news.az

12:09

İstanbuldan Azərbaycana hərəkət edən sərnişin avtobusu Karakurt-Kağızman yolunda aşıb.

1news.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə nəticəsində əksəriyyəti Naxçıvandan olan 30-dan çox insan yaralanıb. Onlar Qars və Sarikamışdakı xəstəxanalara aparılıb.

Yaralılardan bəzilərinə təcili tibbi yardım xidməti yerində yardım göstərib.

P.Sultanova

Paylaş:
995

Son xəbərlər

Bütün xəbərlər