Azərbaycanda üç quruma rəhbər təyin olundu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda üç quruma rəhbər təyin olundu – FOTO

14:01 - 26 / 12 / 2017
Azərbaycanda üç quruma rəhbər təyin olundu – FOTO

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun əmri ilə “Azərbaycan Standartlaşdırma İnstitutu”, “Patent və Əmtəə Nişanları Mərkəzi” və “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxslərin Baş direktoru vəzifələrinə təyinatlar olub.

Komitədən 1news.az-a verilən məlumata görə, Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru vəzifəsinə Namiq Tağıyev, Patent və Əmtəə Nişanları Mərkəzinin Baş direktoru vəzifəsinə Günel Sevdimalıyeva və Azərbaycan Akkreditasiya Mərkəzinin Baş direktoru vəzifəsinə Namiq Əliyev təyin olunublar.

Məlumat üçün bildirək ki, adları çəkilən publik hüquqi şəxslər Azərbaycan Respublikası Prezidentinin “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən Komitə tərəfindən təsis olunub.

Azərbaycan Standartlaşdırma İnstitutu standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir.

Patent və Əmtəə Nişanları Mərkəzi ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, müvafiq mühafizə sənədləri və şəhadətnamələr verən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirir.

Azərbaycan Akkreditasiya Mərkəzi isə akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.

1news.az

Paylaş:
2071

Son xəbərlər

Bakıda Azərbaycan və Rusiya baş nazirləri arasında görüş olub - FOTO13 / 11 / 2024, 17:48Prezident Administrasiyasının rəhbəri Tokionun qubernatoru ilə görüşüb13 / 11 / 2024, 17:46İlham Əliyev Rusiya Hökumətinin Sədri ilə görüşüb13 / 11 / 2024, 17:42COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib, İlham Əliyev tədbirdə iştirak edib - YENİLƏNİB13 / 11 / 2024, 17:34“Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” - Çinin COP29 pavilyonunda konfrans - FOTO13 / 11 / 2024, 17:28Dövlət başçısı İranın vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:24İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb13 / 11 / 2024, 17:17COP29-un ikinci günü üçün sərnişindaşıma sayı açıqlanıb13 / 11 / 2024, 17:05Prezident İlham Əliyev Pakistanın Baş naziri ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:38İlham Əliyev Ruanda Prezidenti ilə görüşüb13 / 11 / 2024, 16:35Rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA13 / 11 / 2024, 16:18Azərbaycan Prezidenti Konqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 16:10Dünyaca məşhur futbolçu Ronaldinyo COP29-da - FOTO13 / 11 / 2024, 15:58İlham Əliyev Toqo Prezidenti ilə görüşüb - YENİLƏNİB13 / 11 / 2024, 15:32COP29 çərçivəsində “Silk Way Alat Free Economic Zone” şirkəti və ICAO arasında yaşıl hava limanı və karqo kəndinə dair strateji razılaşma imzalanıb13 / 11 / 2024, 15:17Sabahdan Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir13 / 11 / 2024, 15:13Kamaləddin Qafarov: “Azərbaycan Avrasiyada enerji və daşımalar xəritəsini əsaslı şəkildə dəyişib”13 / 11 / 2024, 15:01Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb - YENİLƏNİB13 / 11 / 2024, 14:55İlham Əliyev və Şavkat Mirziyoyev videobağlantı vasitəsi ilə Xankəndidə tikiş fabrikinin açılışında iştirak ediblər - YENİLƏNİB13 / 11 / 2024, 14:43Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü olub - YENİLƏNİB13 / 11 / 2024, 14:40
Bütün xəbərlər